Hannibal “qırmızı şeytanlar”ı tərk etdi

“Bernli” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İngiltərə klubu “Mançester Yunayted”dən Hannibal Mejbrini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Mejbri ötən mövsümü icarə əsasında “Sevilya”da keçirib.

“Bernli” 2024/25 mövsümündə İngiltərə Çempionşipində mübarizə aparacaq.