Hallerin yeni klubu bilindi

Dortmund “Borussiya”sının hücumçusu Sebastyan Haller karyerasını İspaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, afrikalı forvard 2025-ci ilin yayına kimi “Leqanes”də çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı hücumçu “Borussiya”da 41 oyunda 12 qol vurub.