Halk Neymarı geridə qoydu

Braziliyalı futbolçu Halk karyerası ərzində vurduğu qolların sayında Neymarı keçib.

Futbolpress.az xəbər verir ki, “Atletiko Mineyro”da çıxış edən hücumçu Braziliya Kubokunda “Malinqa” ilə oyunda (2:2) 443-cü qolunu vurub. O, dünyanın ən çox qol vuran futbolçuları siyahısında 9-cu yerə yüksəlib.

Neymarın aktivində 442 qol var.

Dünyada ən çox qol vuran isə 934 qolla Ronaldodur.