Hakimləri təhqir edən məşqçiyə ağır cəza

“Sumqayıt”ın U-19 komandasının baş məşqçisi Kənan Hacıyev cəzalanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin qərarlarında qeyd edilib.

Mütəxəssis Gənclər Liqasında “Zirə” ilə oyunda hakimlər otağına daxil olub, təhqiredici ifadələr işlətdiyinə görə 5 oyunluq diskvalifikasiya olunub.