Hakimləri təhqir edən klub prezidenti cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyununda “Hypers Guba” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Hypers Guba” komandası 70 manat cərimə edilsin (maddə 37);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyununun 89-cu dəqiqəsində “Hypers Guba” klubunun 25 nömrəli futbolçusu Baxşəli Baxşəliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Hypers Guba” komandası 150 manat cərimə edilsin (maddə 39.1);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyununun 90+4-cü dəqiqəsində “Hypers Guba” klubunun 6 nömrəli futbolçusu Xaqan Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Hypers Guba” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyunu bitdikdən sonra “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayev hakimi təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalansın, “Hypers Guba” komandası 400 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.4, 32);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyunu bitdikdən sonra “Hypers Guba” klubunun məşqçisi Rəsul Babazadə meydana daxil olaraq hakimi təhdid etdiyinə görə 2 oyun cəzalansın, “Hypers Guba” komandası 100 manat cərimə edilsin (maddə 44.5);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Hypers Guba” komandası 80 manat cərimə edilsin (maddə 51.2);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Sheki City” – “Şahdağ Qusar” oyununun 55-ci dəqiqəsində “Sheki City” klubunun azarkeşləri tərəfindən rəqib futbolçulara kənar əşyalar atıldığına görə “Sheki City” komandası 80 manat cərimə edilsin (maddə 52.1);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Sheki City” – “Şahdağ Qusar” oyununda “Sheki City” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Sheki City” komandası 50 manat cərimə edilsin (maddə 43.7);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Sheki City” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra “Sheki City” klubu təhlükəsizliyi düzgün təmin etmədiyinə görə “Sheki City” komandası 400 manat cərimə edilsin. “Sheki City” komandasının növbəti ev oyunu azarkeşsiz keçirilsin (maddə 51.1, 1);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Şəmkir” – “Qusar” oyunu “Qusar” klubunun formasında qüsurlar olması səbəbindən gec başladığına görə “Qusar” komandası 80 manat cərimə edilsin (maddə 75.6);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Şəmkir” – “Qusar” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Şəmkir” komandası 50 manat cərimə edilsin (maddə 70.1);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Şəmkir” – “Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” komandası 80 manat cərimə edilsin (maddə 51.2);

02.04.2025-ci il tarixində II Liqada XIX turun “Şimal” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 37);

02.04.2025-ci il tarixində II Liqada XIX turun “Araz Saatlı” – “Dinamo” oyununun matçöncəsi iclasında “Dinamo” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Dinamo” komandası 80 manat cərimə edilsin (maddə 73.1);

02.04.2025-ci il tarixində II Liqada XIX turun “Füzuli” – “Göygöl” oyununda Əsasnamənin tələbi pozulduğuna görə “Füzuli” komandası 50 manat cərimə edilsin (maddə 70.1).