“Barselona”nın prezidenti Xoan Laporta 2023/24 mövsümünü dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, “Football Espana”ya danışan funksioner hakimlərin onlara qarşı ədalətsiz olduğunu deyib:
“Çoxlu zədəlilərimiz var idi, hakimlərin qərarları da xeyrimizdə olmurdu. Neqreyra işi ilə bağlı “Barselona”nı gözdən salmaq istəyirdilər. Hakimlər bizə düşmənçilik edirdi, çox incitdilər.
Məsələn, Lamin Yamalın “Real”a vurduğu təmiz qol qeydə alınmadı. Müəyyən məqamlarda kömək etmədilər. Bəzən də bəxtimiz gətirmədi. PSJ ilə Çempionlar Liqası oyununda birinci hissədən azlıqda qaldıq və nə edəcəyimizi bilmədik.
Buna baxmayaraq, fəxr edə bilərik ki, gənc oyunçularımız üzə çıxdı. Futbolun inkişafı naminə işlər görürük və bəhrəsini alırıq”.
“Barselona” La Liqada mövsümü ikinci sırada bitirib. Çempion isə “Real” olub.