Hakan: “İnter”ə gələndə həyatımda böyük dəyişiklik oldu”

“İnter”in futbolçusu Hakan Çalhanoğlu açıqlama verib.

Futbolpress.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi klubdakı taleyi haqda danışıb:

“İnter”ə gələndə həyatımda böyük dəyişiklik oldu. Keçmişdə həmişə bu komandanı sevmişəm. Bura gələndə həyatımda yeni səyahət başladı. İndi gənc futbolçu deyiləm. Ümid edirəm ki, karyeramı burda bitirə bilərəm. Futbolda nə olacağını bilmirsiniz, lakin arzuladığım budur”.

Hakan 2021-ci ildən “İnter”də çıxış edir. O, “neradzurra”da 153 oyunda 32 qol vurub, 26 məhsuldar ötürmə edib.