Hakan adının “Bavariya” ilə hallanmasına münasibət bildirdi

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu adının “Bavariya” ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi İtaliya klubunda xoşbəxt olduğunu deyib:

“İnter”də qalacam. Çünki burada özümü rahat hiss edirəm və xoşbəxtəm. Uşaqlarım da Milanda məktəbə gedir. Hər şey qaydasındadır və buna görə ayrılmağı düşünməmişəm”.

30 yaşlı futbolçunun “neradzurra” ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. O, ötən mövsümdə 40 oyunda 15 qol vurub, 3 məhsuldar ötürmə edib.