“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XIII turunda “Səbail”lə heç-heçə edib – 1:1. Tovuz klubunun yeganə qolunu 86-cı dəqiqədə Faiq Hacıyev vurub.
Hacıyev “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:
“Oyuna qələbə üçün çıxmışdıq. “Səbail” matça yaxşı hazırlaşmışdı. Hər iki hissədə komandaların qol şansları oldu. Yekunda bir xal qazandıq. Çempionat uzun marafondur. İnanıram ki, bu bir xalın irəlidə necə vacib olduğunu görəcəyik”.
Cinah oyunçusu qol vurduğu üçün sevincli olduğunu bildirdi. O, eyni zamanda qış fasiləsinə kimi “üçlük”də qalmaq istədiklərini vurğuladı:
“Qol vurduğuma görə sevincliyəm, amma qələbə qazansaydıq, daha yaxşı olardı. Bu oyundan dərs çıxarıb növbəti matçlara hazırlaşacağıq. Dövrəni “üçlük”də bitirdik. Mövqeyi qorumaq çətin olacaq. Əlimizdən gələnin ən yaxşısını etməliyik ki, qış fasiləsinə də bu mövqelərdə yollanaq”.
Şahin Cəfərov