Hacıyev Portuqaliya klubunun oyununa təyinat aldı

Beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
Futbolpress.az xəbər verir ki, Hacıyev noyabrın 19-da Sloveniyanın Kamnik şəhərində keçiriləcək CEV kubokunun 1/16 final mərhələsinin oyununu idarə edəcək. Həmyerlimiz kişi voleybolçulardan ibarət Sloveniyanın “Calcit KAMNIK” və Portuqaliyanın “Sport LISBOA e Benfica” klublarının qarşılaşmasında ikinci hakim olacaq.
Qarşılaşmanın birinci hakimi isə bosniya və herseqovinalı Jasmin Husejnovicdir.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Portuqaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.