“Mançester Siti”nin hücumçusu Erlinq Haaland mövsümün sonunda klubunu dəyişmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb. Xəbərdə norveçli futbolçunun İspaniyada oynamaq istədiyi bildirilib.
“Barselona” və “Real” oyunçunu yaxından izləyir. Haalandın “Mançester Siti”dən ayrılmaq istəyi dəqiqləşsə, klublar onun üçün hərəkətə keçəcək.
Haalandın “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin yayına kimidir. “Transfermarkt”da dəyəri 200 milyon avro olan hücumçu “Mançester Siti”də 108 oyunda 101 qol vurub.