Haalandın cavabı təəccüb doğurdu

Şənbə günü axşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Moldova və Norveç yığmaları üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, norveçli hücumçu Erlinq Haalanddan mətbuat konfransında Moldova millisinin oyunçularından hər hansı birini tanıyıb-tanımadığı soruşulub. Forvardın cavabı qısa olub:

“Heç bir fikrim yoxdur”.

Moldova və Norveç yığmaları arasında keçiriləcək oyun martın 22-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, Norveç millisi dünya çempionatında sonuncu dəfə 1998-ci ildə çıxış edib.