Haalanddan yeni rekord

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Futbolpress.az xəbər verir ki, norveçli hücumçu “Brayton”la matçın 11-ci dəqiqəsində penaltini qola çevirib.

Beləliklə, hücumçu Premyer Liqa tarixində 100-dən az matçda 100 qol+ötürmə edən ilk futbolçu olub. Bugünkü qarşılaşma futbolçunun çempionatda 94-cü oyunudur.

Haalandın indiyədək vurduğu qolların sayı 84, ötürmələri isə 16-dır.