Haalanda tərif: “Bunu bacarmaq asan iş deyil”

“Liverpul”un sabiq futbolçusu Daniel Starric açıqlama verib.

Futbolpress.az xəbər verir ki, keçmiş oyunçu “Mançester Siti”nin hücumçusu Erlinq Haalandla bağlı fikirlərini bölüşüb:

“Haalandın qol sayı aşağı liqalarda edə biləcəyiniz şeylərdir. Premyer Liqada bunu bacarmaq asan iş deyil. O, daha çox hörmətə layiqdir”.

Haaland “Mançester Siti”də ümumilikdə 65 Premyer Liqa oyununda 63 qol vurub.