“Haaland və Mbappe onlar səviyyəsində deyil, çata bilməyəcəklər də”

Fransalı keçmiş futbolçu Luis Saa Kilian Mbappe və Erlinq Haalandı Lionel Messi və Ronaldo ilə müqayisə edib.

Futbolpress.az xəbər verir ki, keçmiş forvard oyunçular arasında böyük fərqlər olduğunu deyib:

“Başa düşürəm ki, niyə dünyada insanların yarısı Ronaldo, yarısı Messi fanatıdır. Onların inanılmaz istedadları var. Messi anadangəlmə dahidir, Ronaldo isə öz üzərində işləyərək möhtəşəm səviyyəyə gəlib. Hər iki oyunçu potensiallarını aşıblar.

Onlar kimisi daha olmayacaq. Haaland və Mbappe onlar səviyyəsində deyil, çata bilməyəcəklər də. Yox, çatmaq istəyirlərsə, karyeralarının qalan hissəsində hər mövsüm azı 50 qol vurmalıdırlar.