“Mançester Siti”nin futbolçusu Erlinq Haaland açıqlama verib.
Futbolpress.az xəbər verir ki, norveçli hücumçu sıx təqvimdən narazılığını ifadə edib:
“İldə 70 oyun keçirəndə yaxşı olmaq çətindir. Futbolçuların Avro-2024-də necə yorulduqlarını gördük. Bu ağırlıq onların oyununa təsir etdi. Futboldan necə bezdiklərini gördük”.
Haaland ötən mövsüm “Mançester Siti”də 45 oyunda 38 qol vurub.