Haaland “şəhərlilər”i qorxutdu

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland zədələnib.

Futbolpress.az xəbər verir ki, norveçli futbolçu Premyer Liqada “Nyukasl”la matçda xəsarət alıb. Haalandın durumu ciddi deyil.

Bu haqda baş məşqçi Xosep Qvardiola oyunsonrası açıqlamasında deyib. O, Haalandın qısa zamanda yaşıl meydanlara dönəcəyini bildirib.

“Mançester Siti” Çempionlar Liqasında fevralın 19-da “Real”la qarşılaşacaq. Komandalar arasındakı ilk oyunda ispanlar qələbə qazanıb – 3:2.