Norveç millisi UEFA Millətlər Liqasının II turunda Avstriyanı məğlub edib – 2:1.
Futbolpress.az xəbər verir ki, norveçlilərin qələbə qolunu Erlinq Haaland vurub. Onun yığmadakı qollarının sayı 32-yə çatıb.
Haaland millinin bombardiri olmağa yaxındır. Belə ki, yığmanın rekordçusu Yergen Yuvenin 33 qolu var və Erlinq daha bir qol vursa, mütləq rekordçu olacaq.