“Mançester Siti”nin hücumçusu Erlinq Haaland gələcəyi haqda qərarını verib.
Futbolpress.az xəbər verir ki, o, Premyer Liqa klubu ilə yeni müqavilə imzalamaq istəyir.
Norveçli futbolçunun komanda ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Daha əvvəl onunla “Barselona”nın maraqlandığı qeyd olunurdu.
23 yaşlı futbolçu bu mövsüm 44 matçda 38 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.