“Haaland 5-6 il burda qalsa, rekordumu qıracaq”

İngiltərə Premyer Liqası tarixinin bombardiri Alan Şirer “Mançester Siti”nin hücumçusu Erlinq Haalandla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, keçmiş forvard norveçli futbolçu haqda bunları deyib:

“Haaland hazırda dünyanın ən yaxşı hücumçusudur. Dünyanın ən çətin liqasında belə qollar vurmaq asan deyil. Başa düşürəm, onun ətrafında əla oyunçular var, ancaq hücumçu da şanslarından istifadə etməlidir. Haaland bunu asanlıqla bacarır. Onun son zərbələrinin dəqiqliyi yüksək səviyyədədir. Haaland 5-6 il burda qalsa, rekordumu qıracaq”.

Şirer İngiltərə çempionatında 441 oyunda 260 qolla bombardirdir. Haaland isə Premyer Liqada 69 oyunda 70 qol vurub.