“Mançester Siti”nin hücumçusu Erlinq Haaland klub karyerasında 250-ci qolunu vurub.
Futbolpress.az xəbər verir ki, hücumçu “Arsenal”la oyunun 55-ci dəqiqəsində hesabı 1:1-ə çatdırsa da, “Mançester Siti” 5:1 hesabı ilə məğlub olub.
Haaland “Mançester Siti” üçün 115, “Borussia” (Dortmund) üçün 86, “Salzburq” üçün 29 və “Molde” üçün 20 qol vurub.
O, həmçinin Norveç yığmasının heyətində 38 dəfə fərqlənib.