Haaland 20 il sonra bunu bacardı

“Mançester Siti” İngiltərə Premyer Liqasının III turunda “Vest Hem”i məğlub edib – 3:1.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in hücumçusu Erlinq Haaland görüşdə üç qol vurub.

Norveçli forvard bu mövsüm ikinci dəfə het-trik edib. 24 yaşlı oyunçu Premyer Liqa tarixində ilk üç turun ikisində üç qol vurmağı bacaran ikinci oyunçudur.

Daha əvvəl 1994/95 mövsümündə “Bredford”un hücumçusu Pol Cuell bu göstəriciyə nail olmuşdu.