Həziyevin “Səbail” macərası başa çatır – “Şamaxı”ya qayıdacaq

İcarə əsasında “Səbail”də çıxış edən Bahadur Həziyev müqavilə ilə məxsus olduğu “Şamaxı”ya qayıdacaq.

FutbolPress“in əldə etdiyi məlumata görə, “dənizçilər”də məşqçilər korpusu 25 yaşlı yarımmüdafiəçinin performansından məmnun deyil. Həziyevlə müqavilə imzalanmayacaq və o, “Şamaxı”ya qayıdacaq.

“Şirlər” I Liqada çempionluq mübarizəsi aparır. “Şamaxı” son turda “Araz Saatlı”nı məğlub etsə, Premyer Liqaya qayıdacaq.

Ötən mövsümdə də elitada “Şamaxı” formasıyla mübarizə aparan Bahadur kluba qayıtmaqda maraqlıdır.

Yarımmüdafiəçi bu mövsüm “Səbail”də 20 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Kamil Əhməd