“Həyatınızın klubunu tərk etmək asan deyil” – Xavi

“İkinci ailə kimi olan komandaya iki il yarım rəhbərlik etdiyim üçün çox qürur duyuram”.

Futbolpress.az xəbər verir ki, bunu mövsümün sonunda “Barselona”dan ayrılacaq olan Xavi sosial şəbəkə hesabında yazıb.

Mütəxəssis bildirib ki, “Barselona”ya rəhbərlik etmək şərəfdir:

“Bazar günü “Barselona”da məşqçilik fəaliyyətim başa çatacaq. Həyatınızın klubunu tərk etmək asan deyil. İkinci ailə kimi olan komandaya iki il yarım rəhbərlik etdiyim üçün çox qürur duyuram”.

Xavi 2021-ci ildən “Barselona”ya rəhbərlik edir.