Həsrət Cəfərov yarımfinalda uduzdu

Paris Yay Olimpiya oyunlarında ölkəmizi güləşin yunan-roma növü üzrə təmsil edən Həsrət Cəfərov növbəti görüşünə çıxıb

Futbolpress.az xəbər verir ki, 67 kq-da mübarizə aparan təmsilçimiz yarımfinalda Ukraynanı təmsil edən Pərviz Nəsibovla mübarizə aparıb. Görüş 3:3 hesabı ilə yekunlaşsa da, sonuncu xal prinsipinə əsasən rəqib güləşçi mərhələ adlayıb.

Həsrət Cəfərov bürünc medal uğrunda mübarizəsini davam etdirəcək.