Mövsüm bitəndən sonra “Turan Tovuz”dan ayrılacağı iddia edilən Şəhriyar Əliyev komandada qalmağa qərar verdi. O, müddəti başa çatan müqaviləsini 2025-ci ilin yayına kimi uzatdı.
Əliyev “FutbolPress“ə açıqlamasında başqa təklilərinin olmasına baxmayaraq, Tovuz təmsilçisini seçdiyini dedi:
“Düzdür, başqa təkliflərim var idi. Ancaq danışdıq və qalmağa qərar verdim. Burda olduğum müddətdə komandaya fayda verməyə çalışacam”.
Kapitan qərar verməyin asan olmadığını söylədi:
“Mövsüm bitəndən sonra qərar vermək asan olmadı. İnşallah, hər şey yaxşı olar. Həqiqətən, qərar vermək çətin idi. Bir müddət düşünməli oldum və yekunda müqavilə imzaladıq”.