PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-də “Reyms”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Burda olduğum müddətdə PSJ-nin asan səfəri olmayıb. Demək olar, topa sahib olmayan, ancaq ilk fürsətində qol vurmağı bacaran “Reyms”lə oyunun çətin keçəcəyini bilirdik. Həmişə qələbə qazanmaq olmur. Buna baxmayaraq, oyunçularla bağlı müsbət fikirdəyəm. Hamısı əllərindən gələni etdilər”.