Qızıl Avropa Liqasına mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yana Doroşenko açıqlama verib.
Futbolpress.az xəbər verir ki, yığmanın toppaylayıcısı Yana Doroşenko yarışla bağlı fikirlərini bölüşüb:
“Bütün rəqiblərimiz güclü komandalardı. Biz Faiq Qarayevin rəhbərliyi ilə Xorvatiya üzərində qələbə qazandıq. Çalışdıq ki, onun bütün tapşırıqlarına əməl edək, əlbəttə səhvlərimiz də oldu. İkinci oyunda isə hər birimiz sonadək mübarizə aparsaq da, məğub olduq. Növbəti oyunlara hazırlaşırıq, bu oyunlar bizim üçün çox mühümdür. Hədəflərimiz böyükdür, biz də daha yaxşı oynayıb qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Azərbaycan yığması Qızıl Avropa Liqasının I turunda Xorvatiyaya (3:0) qalib gəlib. Növbəti görüşdə isə Slovakiyaya məğlub olub – 1:3.