“Hədəfimiz dörd xaldır” – Klark

Şotlandiya millisinin baş məşqçisi Stiv Klark Avro-2024-də Almaniyaya məğlub olduqları ilk görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:5 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Almaniya inanılmaz oynadı və onlara çata bilmədik. İlk hissə çox geridə qaldıq, özümüzü toparlaya bilmədik. Müdafiədə yaxşı oynamadıq və çətin axşam oldu.

Qarşıda etməli olduğumuz şeylər var. İndi hər şeyə reaksiya vermək lazımdır, görək, oyunçular necə davranacaq. Hədəfimiz dörd xaldır, bunu əvvəldən demişəm”.

Şotlandiya növbəti matçda iyunun 19-da İsveçrə ilə qarşılaşacaq.