“Barselona”nın və İspaniya millisinin vingeri Lamin Yamal fəlsəfi sualı cavablandırıb.
Futbolpress.az xəbər verir ki, istedadlı futbolçudan 10 ildən sonra özünü harada gördüyünü soruşublar. 17 yaşlı Yamalın cavabı belə olub:
“Bu çətin sualdır. Mənim 27 yaşım olacaq… Düşünürəm ki, hər şey indi olduğu kimi olacaq – həyatım evlə məşq meydançası arasında keçəcək”.
“Barselona” növbəti matçını aprelin 9-da keçirəcək. Hans-Diter Flikin komandası bu tarixdə Çempionlar Liqasının 1/4 finalında doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.