“Bayer” hücumameyilli yarımmüdafiəçisi Florian Virtsi heyətində saxlamaq istəyir, lakin futbolçu ilə yeni müqavilə imzalanmayıb.
Futbolpress.az xəbər veriri ki, bu hadisələrdən sonra “German Sky” nəşri “Bavariya”nın Virts üçün 120 milyon avroluq təklifi göndərməyə hazır olduğunu bildirdi.
Münhen təmsilçisinin futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başladığı bildirilərkən, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın 21 yaşlı alman oyunçunu prioritet transfer hədəfi kimi müəyyənləşdirdiyi məlum olub.
Virtsin Leverkuzen klubuyla hazırkı sözləşməsi 2027-ci ilin yayına kimidir.