Hədəf Los Ancelesdir! – vitse-prezidentdən açıqlama

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yelkən Federasiyasının (SFA), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı Yelkən Reqatası 2024”nın mükafatlandırma mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Yelkən Federasiyasının vitse-prezident Burcu Algon Giorgianni fikirlərini bölüşdü. O, məqsədlərinin 2028-ci ildə keçiriləcək Los Anceles Yay Olimpiya Oyunlarında iştirak etmək olduğunu bildirdi:

“Xəzər dənizini 4-cü dəfədir, şənləndiririk. Üç gün müddətində 6 yarış keçirildi. Uşaqlarımız böyük uğurlar əldə etdilər. Bu gün Gürcüstan yelkənçiləri də iştirak edirdi. Yelkən Azərbaycanda yeni idmandır. Avropa və dünya çempionatlarında yaxşı çıxış edirik. Məqsədimiz Los Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında ilk dəfə Azərbaycan bayrağını dalğalandırmaqdır”.

Şahin Cəfərov