“Milan”ın sabiq futbolçusu, hazırda Tbilisi meri olan Kaxa Kaladze Gürcüstan millisinin Avro-2024-dəki çıxışını dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yığma haqda bunları yazıb:
“Gürcüstan yaxşı futbol oynamağı bacaran komanda olduğunu göstərdi. Futbolçulara gürcü azarkeşlərə böyük sevinc yaşatdığı üçün təşəkkür edirəm. Maraqlı oyunlar keçirdilər.
Bütün dünya bilir ki, Gürcüstan mübarizə və qələbə üçün döyüşən komandadır. Bizi qarşıda çoxlu qələbələr gözləyir!”
Gürcüstan Avro-2024-ün 1/8 finalında İspaniyaya uduzub (1:4) və mübarizəni dayandırıb.