Gürcü qapıçı “Liverpul”a keçmək istəyir

“Valensiya”nın qapıçısı Gergi Mamardaşvili karyerasını “Liverpul”da davam etdirməyə müsbət yanaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mersisayd klubu qolkiperi transfer edib, başqa kluba icarəyə vermək variantını düşünür.

“Liverpul” Mamardaşvili üçün 30 milyon avro ödəməyə hazırdır.

Qolkiper Gürcüstan yığması ilə Avro-2024-də 4 oyunda 30-a yaxın seyv edib. Onun “Valensiya” ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.