“Barselona”nın futbolçusu İlkay Gündoğan “Qalatasaray”a keçməkdən imtina edib.
Futbolpress.az “Sport.es”ə istinadən xəbər verir ki, yarımmüdafiəçi karyerasına “Barselona”da davam etmək istəyir.
Bildirilib ki, “Qalatasaray”ın prezidenti Dursun Özbək futbolçu ilə görüşüb və onu keçidə razı sala bilməyib.
Gündoğanın “Barselona” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
O, bu mövsüm 51 oyunda 5 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.