Murad Musayev istefa verdi. Klub da elә bil, bir az rahat qәbul elәdi. Halbuki “Sabah”ın әn uğurlu baş mәsqçisi idi.
Tez-tez baş mәsqçi dәyişәn masazırlılar heç cür iddialı klub imici qazana bilmirdi. Bunu onlara yalnız Musayev qazandırmışdı. Lakin…
Hәlә ötәn ilin sonlarından hiss olunurdu ki, Musayevlә klub rәhbәrliyi münasibәtlәrindә “tektonik çatlar” әmәlә gәlib.
“FutbolPress” bunları qabartdıqca klub rәhbәrliyinin yazılanlara qeyri-adekvat reaksiyası tәәssüf doğururdu…
Mövsümün ikinci yarısında toparlanan bu münasibәtlәr komandanın oyununda yenidәn canlanma yaratdı vә mövsümü ikinci yerdә bitirәn “futuristlәr” Konfrans Liqasına gözәl çıxışla başladı.
Baxmayaraq, Kaşuk kimi – “lokomotiv” mahiyyәtli itki var idi, ancaq komanda oyun dәsti-xәttini pozmadı. Lakin Mikels kimi vacib oyunçunun əldən buraxılması, müdafiәnin dayağı sayılan Abdulaye Banın gedişini rahat qarşılamaq klubu anlaşılmaz edirdi.
Mikels ona gәlәn tәklifdәn daha aşağı mәblәğә “Sabah”da qalmaq istәdiyini açıqlasa da, niyәsә klub onu saxlamaqda maraqlı görünmәdi. Kaşuk çox baha idi, bәs bunlar..?
“Partizan”la dueldәn şanssızca yenik ayrılan “bayquşlar”ın düşdüyü әhvalsız/qara zolaq davam etmәkdәdir.
Yayda gәtirilәnlәrin siyahısı vә faydalılıq saldosuna nәzәr yetirәk:
Ayaz Quliyev – 14 oyun
Jarl Marqarita – 14 oyun
Maruan Hadudi – 12 oyun
Vinsent Till – 19 oyun (2 qol)
Cesse Sekidika – 18 oyun (4 qol)
Belfodil – 11 oyun
Rəhman Daşdəmirov – 4 oyun
Sofyan Çakla – 24 oyun (3 qol)
Kahem Parris – 16 oyun
Musayev bu transferlәrin neçәsini özü seçmişdi görәsәn?
Sual vә dilemma yaradan vәziyyәt mәhz budur.
“Daha o “Sabah” olmayacaq”, “Komandanın oyunu Belfodilә uyğunlaşdırılmalıdır” kimi ironik ifadәlәriylә gündәmә gәlәn Musayev, әslindә, sәtiraltı ifadәlәrlә klubun real durumunu ifadә edirdi.
Bәli, baş mәşqçinin iradәsiylә formalaşdırılmayan yeni heyәt/transferlәrin mәsuliyyәtini dә o daşımalı deyildi.
Kluba 2020-cilin fevralında hansı әsasla dәvәt edildiyi bilinmәyәn baş icraçı direktor Ramin Hәsәnov Maqsud Adıgözәlovu inandıra bilmişdi ki, seleksiya işindә bir dühadır. O da öz növbәsindә hesabat verdiklәrini inandırmışdı ki, klub prezidenti kimi idman siyasәtini Ramin Hәsәnova etibar etmәk olar. Baxmayaraq ki, idman direktoru vәzifәsini İqor Ponomaryov daşıyır…
Ölkә futboluna hardan necә gәldiyi tam aydın/aşkar olmayan Hәsәnovu iddialı imic formalaşdırmaq istәyәn klubun strateji vәzifәsinә tәyin etmәk mәsuliyyəti kimdәdir?
“Sabah” Murad Musayev kimi özünә bab mәsqçini bir dә haçan tapacaq? Musayev “Qarabağ”a 1:7 hesablı mәğlubiyyәtә görә istefa verә bilәr, lakin sanki bu vәziyyәt kimlәrçünsә tarixi fürsәt idi…
Hәr halda, “Sabah” Musayevin uzaqlaşdırılması ilә düzәlmәyәcәk. Bu, dәqiqdir. Çünki bu mövsümkü zәif cıxış, qeyri-sabit performans ondan qaynaqlanmırdı.
Çox maraqlıdır, qәribәdir ki, Hәsәnov klubun baş icraçı direktoru olsa da, idman proseslәrinә de-fakto nәzarәt edir. Nә tәnqid olunur, nә ümumiyyәtlә adı çәkilir. Sanki “gizlәdilib”, mühafizә olunur…
Hәr halda, “Sabah”ın yanlış transfer siyasәtinin sәbәbkarı bu “unknown” “idman idarәçisi vә ona qol-qanad verәn rәhbәrlikdir. Baş mәşqçini bu proseslәrdәn “ofsaydda” qoyan da odur.
Musayev getdi. Hәlә ki, uğursuz klub imicindәn çıxış üçün heç bir real addım ata bilmәyәn rәhbәrliyin isә dövranı davam edir.
Hәlә ki…
Elçin Cəlilov