Polşanın paytaxtı Varşavada güləş üzrə beynəlxalq turnir keçirilib.
Futbolpress.az xəbər verir ki, Ənənəvi yarışda ölkəmizi sərbəst güləş üzrə millinin məşqçisi Şərif Şərifovun rəhbərliyi altında Sabir Cəfərov (70 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (92 kq) təmsil edib.
Sabir və Abubakr qızıl, Əşrəf isə gümüş medal qazanıb.