Gözlənilən anlaşma baş tutdu

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold Madrid “Real”ıyla 4 illik müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, Madrid rəhbərliyi futbolçunun öz komandalarına transferinin praktiki olaraq tamamlandığını düşünür.

Mənbənin sözlərinə görə, Trent bu il iyunun 30-da başa çatacaq hazırkı müqaviləsini uzatmaq üçün “Liverpul”dan gələn bütün təklifləri rədd edib.

Futbolçunun gedişindən sonra Mersisayd klubunun əsas sağ cinah müdafiəçisi mövqeyini 21 yaşlı müdafiəçi Konor Bredli tutacaq.