“Göygöl”dən heç-heçə, “Şəfa”dan qələbə

Bu gün II Liqada II tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son oyun günündə 3 oyun baş tutub.

4 qolun vurulduğu “Saatlı-Araz” – “Göygöl” matçında qalib müəyyənləşməyib. “Dinamo” “Şəfa”ya, “Kür-Araz” isə “Şahdağ Qusar”a uduzub.

II Liqa, II tur

9 sentyabr

“Dinamo” – “Şəfa” 1:3
Qollar: Valeh Seyidov, 89 – Ceyhun Cavadov, 57. İbrahim Aslanlı, 60. Nurlan Şabanov, 85.

“Saatlı-Araz” – “Göygöl” 2:2
Qollar: Elariz Xəlilli, 30. Xəyal Bədirov, 83 – Samir Məmmədov, 12; 66.

“Kür-Araz” – “Şahdağ Qusar” 1:2
Qollar: Fəzail Şirxanzadə, 2 – Tural Qurbatov, 17; 43.