22-26 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında böyüklərdən ibarət bədii gimnastika üzrə Azərbaycanın milli komandasının “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanması xəbəri bu gün rəsmi olaraq elan edilib.
Futbolpress.az xəbər verir ki, gimnastlarımız Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovanı parlaq nailiyyətlərinə görə təbrik edirik. Bizim əzmkar idmançılarımız bu mərhələyə çatmaq üçün yorulmadan çalışdılar və indi onlar öz istedadlarını dünyanın ən böyük səhnəsində nümayiş etdirməyə hazırdırlar.
Bununla da gimnastika üzrə millimizin “Paris-2024”-ə qazandığı vəsiqələrin sayı 3-ə yüksəlib. Qeyd edək ki, bundan öncə ilk 2 lisenziyanı bədii gimnastımız Zöhrə Ağamirova və batut gimnastımız Selcan Mahsudova qazanıblar.