Gənclər Liqası: “Sabah”ın birinci rəqibi bilindi

UEFA Gənclər Liqasının püşkatması keçirilib.
Futbolpress.az xəbər verir ki, mübarizəyə 2-ci mərhələdən başlayacaq “Sabah” İsveçrənin “Bazel” klubuyla qarşılaşacaq.
İlk oyun oktyabrın 23-də səfərdə, cavab oyunu isə noyabrın 6-da evdə baş tutacaq.
Bu cütün qalibi 3-cü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.