Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında ilk oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, “futuristlər” İsveçrənin “Bazel” komandasının qonağı olacaq. Görüşə saat 21:00-da start veriləcək.

Komandalar arasındakı cavab görüşü noyabrın 6-da Bakıda olacaq.

UEFA Gənclər Liqası
II təsnifat mərhələsi, ilk oyun

23 oktyabr

21:00 Bazel (İsveçrə) – Sabah