“Gəncə”də növbəti ayrılıq

“Gəncə” basketbol komandası daha bir oyunçu ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda ilə müqaviləsi başa çatan Mehdi Şabani ilə sözləşmə uzadılmayıb.

“Gəncə”də daha əvvəl Orxan Abbasov, Tariyel Yusifzadə, Rüfət Mahmudzadə, Əlibəy Məmmədli, Donovan Filds, Tevon Horton, İrşad Hant, Culs Mur, Derek Rouds və Kenyon Dulinq ilə yollar ayrılıb.