Topla ən məşhur oyunlardan birini reqbi İngiltərənin dünya idmanına hədiyyəsidir. Yarandığı gündən ingilislərin bu idman növünə marağı yaranmış və daim məşğul olmuşdurlar. Reqbidə ilk vaxtlar qaydalar tətbiq edilməmişdir. İştirakçılar topla hər hərəkəki edirdilər. Oyundakı nizamsızlıq əksər hallarda davalarla bitirdi. Onlar topla hər hərəkətə yol veri – onu tuturdular, atırdılar, təpikləyirdilər, bir sözlə, hamı onu rəqib tərəfinə aparırdılar. Bu oyunun nə dəqiq qaydaları, nə hakimləri yox idi, buna görə də yaranan mübahisələr, bir qayda olaraq sonda əlbıyaxa dava ilə nəticələnirdi. İş o yerə gətirdi ki, ki, ingilis kralları Eduard II, Riçard II və Eduard III bu oyunu qadağan edən xüsusi qanunlar qəbul etmişdi. Kralların fikrincə, “kütlə futbolu” üsyana təkan verirdi və ən əsas, insanları faydalı iş görməkdən yayındırırdı.
Müasir reqbinin yaranmasının isə maraqlı tarixçəsi var. Belə ki, 7 aprel 1823-cü ildə İngiltərənin Reqbi şəhərinin kollecində Vaterlo döyüşünda qələbəyə həsr olunmuş oyun keçirilirdi. Oyun vaxtı kollecinin on altı yaşlı şagirdi Uilyam Vebb Ellis topu əllə tutur və rəqib tərəfə qaçır. Bu hərəkət o vaxt qəbul edilmiş qaydaların pozulması idi – topu əllə yalnız ötürmək olardı. Sözügedən hadisə reqbidə yeni qaydanın əsasını qoydu.
Ölkəmizdə isə bu idman növü ilə ötən əsrin 30-cu illərindən məşhurlaşmağa başlayıb. Lakin ikinci dünya müharibəsində sonra Azərbaycanda reqbi tənəzzül edib.
1972 ildən 1976 ilə qədər ümumişəhər turnirləri keçirilib. Bundan sonra adıçəkilən idman növü daha da inkişaf etməyə başlayıb.
Reqbinin ölkəmizdəki inkişafı, problemləri, perspektivlər və s. məsələlərə dair suallarımızı “Qarabağ” reqbi klubunun baş məşqçisi İlqar Qubadova verdik.
O, öncəliklə “Qarabağ” RK-nun fəaliyyətindən bəhs etdi
“Qarabağ” RK 2015-ci ildən fəaliyyət göstərir və yarandığı gündən Şuşa şəhərini təmsil edir. Komandamız yeniyetmələr arasında Azərbaycan çempionu, 3 dəfə Bakı çempionatının qalibi və beynəlxalq turnirlərin mükafatçısı olmuşdu. Klubda uşaq, yeniyetmə və böyüklərdən ibarət heyət mövcuddur. Beynəlxalq yarışlar arasında ən uğurlusu ötən ilin sonunda Gürcüstanda yeniyetmələr arasında keçirilmiş turnirdir. Orada biz 4 yerli komandaya qalib gəlməyi bacarmışıq və yekunda 12 kollektiv arasında 4-cü yeri tutmuşuq”.
Çalışdırıcı komanda şəklində inkişaf etmək üçün beynəlxalq standartlara əməl etdiklərini bildirdi:
“Reqbidə istənilən digər idman növündə olduğu kimi inkişaf üçün düzgün məşq prosesi və müntəzəm oyunlar ən vacib rol oynayır. Məşq prosesimizdə biz “Rugby Europe” təlimatlarına ciddi riayət etməklə oyunçuların inkişafını təmin edirik. Oyun təcrübəsinə gəlincə isə Gürcüstanla həmsərhəd olmağımız bizim üçün bir bonusdur. Bildiyiniz kimi Gürcüstan Avropa və dünya reytinqində nəhəng ölkələrdən sayılır və onlarla oyun təcrübəmizi artırmağımız çox effektivdir”.
İlqar Qubadov gələcək turnirlərdən də danışdı:
“May ayında Gürcüstanda yeniyetmələrin beynəlxalq turniri gözlənilir, indidən o yarışa hazırlaşırıq. Eşitdiyimə görə həmin yarışda avropadan da komandalar gələcək. Qazandığımız son nəticədən sonra məqsədimiz yalnız mükafatçılar sırasına düşməkdir ki, inşallah məqsədimizə çatmağımız üçün potensialımız var”.
Bu yaxınlarda Reqbi Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib. Yeni təyinatlar olub. Bu ölkə reqbisinə hansı faydaları verəcək? Baş məşqçi bunu da cavabladı:
“Seçkilərdə federasiyanın prezidenti Röyal Süleymanov, biricni vitse-prezident Ernesto Ferlengi, vitse prezident Səbuhi Qarayev və idarə ieyətinin digər üzvləri – Vaqif Səadətxan və Raqif Hüseynli seçildilər. Bunu reqbi idman növünün yeni inkişaf mərhələsi kimi qəbul edirəm və əminəm ki federasiyanın yeni rəhbərliyi Azərbaycan reqbisinin dünya və Avropa reytinqlərində inamla irəliləməsi üçün bütün lazımi şəraitləri yaradacaq”.
Azərbaycanda potensiallı gənclərin olduğunu bildirən mütəxəssis bu idman növündə kütləviliyi təmin etmək üçün işlərin görüldüyünü dedi:
“Reqbinin Azərbaycanda tanınması üçün kütləviliyi təmin etmək vacibdir ki, bu istiqamətdə iş uğurla davam edir. Yeni məktəb, universitet komandaları yaradılıq, uşaq, yeniyetmə və gənclər məşqlərə aktiv şəkildə qoşulurlar, yaxın zamandan etibarən müxtəlif yarışların keçirilməsinə başlanacaq. Azərbaycanda reqbi idman növü üçün yararlı olan olduqca güclü və bacarıqlı gənclər var. Mən milli yığmada oynayarkən komandamız bu cür gənclərdən ibarət idi amma istənilən şəraitimiz yox idi. Bununla belə Avropanın orta səviyyəli komandalarına qarşı başa-baş mübarizə aparırdıq. Hətta qalib gəldiyimiz komandalar da olurdu. Bu gün isə şərait tamamilə fərqlidir və bunun müqabilində yığmaya düşəcək oyunçulardan yüksək nailiyyətlər gözləmək olar. Bir reqbi komandasını saxlamaq üçün təlim-məşq meydançası, məşq inventarı, oyunçuların geyimləri, yarışlarda müntəzəm iştirak, əməkdaşların əmək haqqısı, bir sözlə məbləğ olaraq cavab verməyə çətinlik çəkirəm lakin sadaladığım məsələlər minimum tələb olunan şəraitlərdir”.
Müsahibim bildirdi ki, ən böyük problemin uşaqların bu idman növünə cəlb edilməsidir:
“Uşaqların reqbiyə cəlb olunması işimizin ən çətin mərhələsidir. Valideyinlərin əksəriyyəti reqbinin sərt, hətta qəddar idman növü olmasını düşünürlər. Reallıqda isə belə deyil. Reqbidə təhlükəsizliyi və buna nəzarəti təmin etmək üçün yetərincə alət vardır. Reqbi çox faydalı bir idman növüdür, çünki oyunçuları həm hərtərəfli fiziki inkişaf etdirir həm də mənəvi tərbiyyələndirir. Valideyinlərə çəkinmədən uşaqlarının reqbi idman növünə gətirməyi tövsiyə edirəm. Düşünürəm ki, reqbimizin əsas problemi Azərbaycanda populyar olmamasından ibarət idi. Lakin bu aydan etibarən bu və digər istiqamətlərdə iş maksimal qüvvə ilə uğurla davam edəcək və biz yaxın zamanda reqbidə problemlərdən deyil, yalnız uğurlardan danışacayıq”.
Məlik Məlikov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.