Ölkə futbol kultunda (belə bir şey varsa) Gəncənin rolu ağırlığı ilə daim seçilib. “Gəncə futbolu” ifadəsi belə var və bunun kifayət qədər açıqlaması mövcuddur.
Azərbaycan futbolu müstəqillik dönəmində bir neçə etap dəyişib, hansı ki, hər birində Gəncə və ya Gəncəbasar bölgəsinin təsiri ağırlığını qoya bilib. Lakin keçmişdən bu yana təsir azalmağa doğru getməkdədir. Bunun səbəbi isə o qədər də yaxşı öyrənilməyib.
Fikrimcə, “Gəncə futbolu” kultunun dirçəlməsi üçün bu səbəb(lər) aydınlaşdırılmalıdır. Bunu ən yaxşı onlar edə bilər…
Gəncə futbolunun nüfuz/inkişaf deqradasiyası daxili problemlərdən qaynaqlanır. “Pulun varsa, buyur başa” formatında olan ölkə futbolunda Gəncə futbolunun nisgili azalmır. Pul yoxdur, pullu da ortada yoxdur. Bu çarnaçar vəziyyət Gəncə futbolunu toksik (toxic) mühitə çevirib.
Nə bir pullu tapılır, ortaya çıxıb köklü dəyişikliyin müjdəçisinə çevrilir, nə də mövcud imkanlarla normal iş gedişatına nail olunur. Daim klub ətrafında məişət motivli söz-söhbətlər, dedi-qodular…
Adil Şükürovun gəlişindən sonra oyununda ciddi inkişaf hiss olunan, qayğıları başından aşsa da, meydanda lazımlı nəticələr qazanmağı bacaran bu komanda Premyer Liqanı tərk etmək təhlükəsini xeyli azaltsa da, elə bil, bunun rifahını yaşamağa qoymayan, daim klub ətrafında neqativ mövzu dolaşdıran rəşadətli “mənə də iş verin” deyənlər dəstəsi yenidən fəallaşıb.
Gah AFFA-ya yürüş edib, klubdan şikayət bumu yaratmağa çalışırlar, gah yeni sponsor gəlirdi, “klub rəhbərliyi mane oldu” tipli hay-həşirlər saçırlar… Dindirsən, dərdi-səri “Kəpəz”in inkişafı yox, “mənə da iş verilməlidir”dir.
Klubda işə götürülməyin öz kriteriyaları olur. Layiq olub, lakin götürülməyəndə, hə, şikayət motivi yarana bilər, lakin bu adamların hansını dindirsən, məlum olur ki, kriteriya/tələbə layiq olub-olmaması onunçün əhəmiyyətli deyil, “Kəpəz” ona iş verməlidir, vəssalam.
Azarkeş narazılığının haqlı tərəflərinə mane olan nəsnədir. Bu zehniyyətdən çox Gəncə futbolunun inkişafını ləngidən amil yoxdur. Ən əvvəl, buna necəsə çarə tapılmalıdır.
Az əvvəl vurğulandığı kimi, indi futbolda – “pulun varsa, buyur” anlayışı diqtədədir. Pulun yoxdursa, onda pulverənin doğru-yanlış iş qurduğuna dair haqq-hesab çəkmək istəklərinin arxasında “mənə də iş verilsin” kimi şəxsi mənfəətlər dayanmalıdır. Bu, bazar səs-küyüdür. Belə səs-küydə inkişaf olmaz ki…
Azarkeşlərin haqlı narazılığını da kölgəyə atan məqamdır bu. Şəxsi mənfəət güdülən yerdə ümumi iş irəli getməz.
Elçin Cəlilov
Gəncə futbolunun dərdi…
- 18 Mart 2024, 11:33
- 1552
Əlaqəli xəbərlər
Əsas xəbərlər, Manşet, Ölkə futbolu
Qurban Qurbanov: “Qələbə qazanmaq gücündəyik”
11 Dekabr 2024, 21:58
Əsas xəbərlər, Ölkə futbolu
“Sumqayıt”ın azarkeşləri açıqlama yaydı: “Şüarlar sifarişlə səslənməyib”
11 Dekabr 2024, 20:42