Bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Futbolpress.az xəbər verir ki, bununla əlaqədar olaraq, sabah Azərbaycan Futzal Federasiyasının bayrağı altında keçiriləcək Yüksək Liqanın VIII turunun və Azərbaycan kubokunun ilkin mərhələsinin oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.
Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!