Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa maraqlı açıqlama ilə gündəmə gəlib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis futbolun indiki durumundan danışıb:
“Futbolu kasıbların, xalqın əlindən aldılar. Kasıbların xoşbəxtliyi almaq pulu yoxdur. Onlar futbol sayəsində xoşbəxt ola bilirdilər, amma indi o da yoxdur.
Futbol inkişaf etmir, əksinə gedir. Getdikcə daha çox adam bu idmanı izləyir, amma əvvəlki qədər cəlbedici olmur. Baxılası futbolçu sayı da azalır. Futbol getdikcə maraqsız olmağa başlayır”.