Futbolçusu “Sumqayıt”ı ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

18.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXV turun “Sumqayıt-2” – “Turan Tovuz-2” oyununun 90+2-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 47 nömrəli futbolçusu Hüseyn Xıdırov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Sumqayıt-2” komandası 150 manat cərimə edilsin (maddə 39.1);

19.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXV turun “Neftçi-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Səbail-2” komandası 70 manat cərimə edilsin (maddə 37).