“Futbol Ronaldoya hər şeyi verib”

“Əl Nəsr”in sabiq baş məşqçisi Luiş Kaştru açıqlama verib.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisində birlikdə çalışdığı Kriştiano Ronaldo haqda danışıb:

“Kriştiano ən yaxşı olmaq üçün əzmli biridir. Hər gün onun məşqdəki davranışlarını gördüm. Oynamaq, qollar vurmaq və rekordları qırmaq arzusundadır. Etdiyi hər şeyin ən yaxşısını etməyə çalışır. Futbol Ronaldoya hər şeyi verib və o, bundan həzz alır”.

Kaştro 2023-cü ilin yayından 2024-cü ilin sentyabrına qədər “Əl Nəsr”ə rəhbərlik edib.