Yaponiyanın Baş naziri Fumio Kişida BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiyaya səfəri zamanı Yaponiya tərəfinə COP29-a Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cari il noyabrın 12-13-də COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirakla bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib.
Bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək.
Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.